...

"Nabukko" qaz kəməri Türkiyənin Aİ-yə daxil olmasına kömək edəcək - Baş nazir

Energetika Materials 13 İyul 2009 15:53 (UTC +04:00)

"Nabukko" layihəsi üzrə hökumətlərarası müqavilənin imzalanması Türkiyənin Avropa İttifaqına daxil olması yolinda müsbət addım olacaq. Bu barədə bazar ertəsi Ankarada "Nabukko" layihəsi üzrə hökumətlərarası müqavilənin imzalanma mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Məlumatı CİHAN informasiya agentliyi yayıb.

"Nabukko" təkcə enerji layihəsi deyil, eyni zamanda ölkələrin yaxınlaşmasına, digər layihələrin tez bir zamanda həyata keçirilməsinə kömək edəcək. Türkiyənin bu layihədə iştirakı ölkənin Aİ-yə daxil olmasına kömək edəcək", - deyə Ərdoğan bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə Xəzər regionundan Avropa İttifaqı ölkələrinə qaz tədarükü nəzərdə tutulub. Qaz kəmərinin tikintisi 2010-ci ilə nəzərdə tutulub. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

Xəbər lenti

Xəbər lenti