...

Nabukko iştirakçısı olan hər bir ölkə ilə ayrıca müqavilə imzalanacaq

Energetika Materials 13 İyul 2009 14:13 (UTC +04:00)

Bakı, Azərbaycan, 13 iyul / Trend , müxbir A.Bədəlova /

Nabukko layihəsi çərçivəsində altı ay ərzində hər bir iştirakçı ölkə ilə ayrıca müqavilə imzalanacaq, deyə bazar ertəsi Ankarada TRT2 telekanalının birbaşa efirində yayımlanan layihə üzrə hökumətləararası müqavilənin imzalanması mərasimində Macarıstanın Baş naziri Qordon Baynai bildirib.

Baynainin sözlərinə əsasən, Nabukko hökumətlərarası mqavilə inteqrasiya və birgə əməkdaşlıq yolu ilə qlobal maliyyə böhranının aradan qaldırılması üzrə bütün ölkələr üçün siqnal olacaq.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq.

Xəbər lenti

Xəbər lenti