...

Azərbaycan "Nabukko" qaz kəməri layihəsini tamamilə dəstəkləyir - nazir

Energetika Materials 13 İyul 2009 14:37 (UTC +04:00)
Azərbaycan "Nabukko" qaz kəməri layihəsini tamamilə dəstəkləyir - nazir

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir A. Bədəlova /

Azərbaycan "Nabukko" qaz kəməri və onunla bağlı olan hər şeyi tamamilə dəstəkləyir. Bunu bazar ertəsi TRT2 kanalının canlı efirində Ankarada layihə üzrə hökumətlərarası razılaşmanın imzalanması mərasimində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Əminəm ki, layihə uğurla həyata keçiriləcək", - Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan bu layihə üçün dəhlizdir. Nazirin sözlərinə görə, "Nabukko" layihəsinin həyata keçirilməsi ölkənin dünya bazarında mövqeyini möhkəmləndirəcək.

"Azərbaycanın energetika siyasəti uğurla həyata keçirilir", - Əliyev deyib.

Xəzər regionundan Aİ ölkələrinə qaz ixracatını nzəərdə tutan "Nabukko" layihəsinin dəyəri 7,9 milyard avrodur. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgarqaz", Rumınyanın "Transgaz", Türkiyənin "Botas" və Almaniyanın RWE şirkətləridir. Hər iştirakçı bərabər - 16,67 faiz paya malikdir. 

Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanması nəzərdə tutulub. İlk tədarükə isə 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kub metr olacaq.  

Xəbər lenti

Xəbər lenti