...

"Türkmənneft" enerji təchizatı layihəsi üzrə beynəlxalq tender elan edib

Energetika Materials 16 İyul 2009 13:24 (UTC +04:00)
"Türkmənneft" enerji təchizatı layihəsi üzrə beynəlxalq tender elan edib

Türkmənistan, Aşqabad, 16 iyul / Trend , Q.Həsənov /

"Türkmənneft" Dövlət Konserni bu gün mal tədarükçülərinin müsabiqə seçim komissiyası adından Xəzərin sahilində, ölkənin qərbində yerləşən "Xəzər" sıxma kompressor stansiyasının enerji təchizatı" obyekti üçün material tədarükü üzrə tender elan edib.

Tender təklifləri iyulun 27-i saat 15:00-a kimi qəbul olunur.

Tender iştirakçıları Tükmənistan, Aşqabad, Ərçəbil küçəsi, 56 ünvanında "Türkmənneft" KES DK bölməsinə müraciət etməlidirlər, həmçinin lazımdır:

-Tenderdə iştirak etmək istəyi barədə iştirakçının tam adı, hüquqi statusu, ölkə qeydiyyatı və rekvizit olmaqla ərizə təqdim etmək;

-"Türkmənistanın yanacaq-energetika, kimyəvi kompleks və balıq təsərrüfatı üçün maddi-texniki mal tədarükçüsü seçimi üzrə tender aparma qaydaları" ilə tanış olmaq;

"Xəzər" sıxma kompressor stansiyasının enerji təchizatı"  obyektinə cihaz və material çatdırılması və texniki tələblər məqsədilə beynəlxalq tender üçün sənədlər almaq;

-230 ABŞ dolları ödəyərək tender sənədlərinin paketini almaq;

Tender təklifləri olan paketlər elan çap edilən andan yuxarıda qeyd olunmuş ünvana çatdırılmalıdır. Təkliflərə pul hesaba köçürülməsindən sonra baxılacaq.

Arayış üçün telefonlar: (+99312) 40-39-55, 40-31-86, 40-31-17, 40-31-84.

e-mail: [email protected] 

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti