...

İlk yarımildə Azərbaycanda neft-qaz istehsalı artıb

Energetika Materials 16 İyul 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend /

Yanvar-iyun aylarında Azərbaycanda 24,8 milyon ton neft və kondensat hasil olunub ki, bu da 2008-ci ilin yanvar-iyun aylarındakı göstəricidən 2,5 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib.   

Yanvar-iyun aylarında neft və qaz kondensatı hasilatının əsas hissəsi "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokunun və "Şah Dəniz" qaz-kondensat yatağının payına düşür - 20,6 milyon ton neft. Bu da keçən ilin müvafiq dövründəki göstəricidən 3,5 faiz çoxdur. 

Yanvar-iyun aylarında Azərbaycanda qaz hasilatı təxminən 12 milyard kubmetr təşkil edib ki, bu da 2008-ci ilin eyni dövründəki göstəricidən 1,7 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" (səmt qazı) və "Şah Dəniz" yatağından təxminən 5,5 milyard kubmetr qaz hasil olunub ki, bu da keçən ilin müvafiq göstəricisindən 31,3 faiz çoxdur.   

2009-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 9,6 milyard kilovat saat elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır. 

Xəbər lenti

Xəbər lenti