...

Türkmənistan İrana qaz nəqlini 45 faiz azaldıb

Energetika Materials 20 İyul 2009 14:21 (UTC +04:00)
Türkmənistandan İrana qaz nəqli ilin əvvəlindən keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.

Türkmənistandan İrana qaz nəqli ilin əvvəlindən (İranda il martın 21-də başlayır) keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb. Bunu İranın Milli Qaz Şirkətinin dispetçer mərkəzinin direktoru Həsən Müntəzir Türbəti deyib.

Türbətinin sözlərinə görə, ilin əvvəlindən indiyə kimi Türkmənistandan 960 milyon kubmetr qaz təchiz olunub. Keçən ilin müvafiq dövründə isə bu rəqəm 1,730 milyard kubmetr olub.

"2009-cu ildə Türkmənistandan sutkada orta hesabla 8 milyon kubmetr qaz nəql edilib", - Türbəti deyib.

Xəbər lenti

Xəbər lenti