...

Xarici şirkət ARDNŞ-nin istehsal sahələrini öyrənir

Energetika Materials 21 İyul 2009 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E.İsmayılov /

Buzovna (Bakı qəsəbəsi) ərazisində çirklənmiş neft sahələrinin təmizlənməsi və neftin bərpası" layihəsi çərçivəsində məlumatların, materialların və sahələrin öyrənilməsi işini başa çatdırdıqdan sonra "Baqhlan Group FZCO" şirkəti (BƏƏ) bu layihənin həyata keçirilməsi üzrə təklifini ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) təqdim edəcək. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki vəziyyətlə tanış mənbədən bildirilib.

"Görülən işlər və layihə barədə yalnız tədqiqat işləri başa çatandan sonra danışmaq olar. Məhz bundan sonra şirkət öz təklifini ARDNŞ-yə təqdim edəcək", - mənbədən deyilib.

Mənbənin dediyi kimi, bu layihənin əsas məqsədi neftlə çirklənmiş torpaqların təmizlənməsidir. "Lakin əgər layihənin reallaşdırılması prosesində neftin ayrılması da mümkün olarsa, onda layihə daha çox səmərəli olacaq", - mənbə əlavə edib. Bu sahədə çirklənmiş torpaqlardan neftin ayrılması imkanları barədə də tədqiqat işinin yekunlaşmasından sonra danışmaq olar.

Bir müddət əvvəl ARDNŞ nümayəndələri ilə görüş zamanı layihənin koordinatoru Con Qoççun dediyi kimi, layihə çərçivəsində "Z.Tağıyev adına" neft-qazçıxarma idarəsinin ərazisində artıq 38,6 hektar ərazi ayrılıb və bu sahənin topokrafik xəritəsi hazırlanıb. Bəzi sahələrdə çirklənmə 8,7 metr dərinliyə qədər çatır. Bu sahə ərazisində kifayət qədər neft rezervuarları, neft kəmərləri və nasoslarının olduğuna görə seçilib. Bu layihənin hər iki tərəfə gəlir gətirəcəyi proqnozlaşdırlır.

Azərbaycanda 57 neft-qaz yatağı var ki, onlardan da 18-i dənizdə, qalanları quruda yerləşir. ARDNŞ-nin əməkdaşlar ştatı hazırda 62 min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti