...

Gürcüstandakı Azərbaycan neft terminalı batmış gəminin çıxarılmasını başa çatdırır

Energetika Materials 22 İyul 2009 16:50 (UTC +04:00)
Gürcüstanın Kulevi Qara dəniz limanındakı ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məxsus neft terminalı bu ilin sonunadək keçən il terminal yaxınlığında batan Ukraynanın "Skadovsk" gəmisinin çıxardılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə çərşənbə günü terminaldakı mənbədən bildirilib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir E. İsmayılov /

Gürcüstanın Kulevi Qara dəniz limanındakı ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məxsus neft terminalı bu ilin sonunadək keçən il terminal yaxınlığında batan Ukraynanın "Skadovsk" gəmisinin çıxardılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə çərşənbə günü terminaldakı mənbədən bildirilib.

"Hazırda gəminin bölünməsi üzrə iş aparılır. İlin sonuna kimi gəminin tamamilə qaldırılması planlaşdırılır", - mənbədən deyilib.

Mənbədən deyildiyi kimi, gəminin çıxarılması üzrə iş aparmaq üçün şirkətlər cəlb olunub (həm Gürcüstandan, həm də xaricdən). Şirkətlərin sayını və adlarını mənbə açıqlamayıb.

"Çernomortexloft" şirkətinin "Skavodsk" gəmisi limana iritonnajlı gəmilərin daxil ola bilməsi üçün limanın dəniz dibinin dərinləşdirilməsi üzrə iş aparırmış. Qəza neft terminalının fəaliyyətinə heç bir təsir göstərməyib. Gəmilərin limana daxil olması üçün heç bir əngəl yoxdur.

Gəminin qaldırılması üçün terminal həm Gürcüstan, həm də Ukrayna tərəfi ilə uzunmüddətli danışıqlar aparıb, lakin bu danışıqlar nəticə verməyib. Nəticədə gəminin müstəqil qaldırılması barədə qərar verilib.

6-7 ballıq fırtına nəticəsində gəmi saya oturub və gəmidə deşik açılıb. Ukraynadan gətirilmiş mütəxəssislər gəmini yedəklə çıxarmaq qərarına gəliblər. Yedəklə çıxarma işi keçirilən zaman - 3 oktyabrda gəmi çevrilib. Bunu bir müddət əvvəl mənbə deyib.

Qəza nəticəsində gəminin kapitanı və iki ekipaj üzvü həlak olub. Ölənlərin cəsədlərinin axtarışı bir neçə gün davam edib. Gəminin bortunda olan 31 nəfərdən 28-i xilas olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti