...

İran Prezidenti Xəzərin statusu məsələsində konkret nəticələrin əldə olunmasına ümid etdiyini bildirib

Energetika Materials 23 İyul 2009 16:09 (UTC +04:00)
SHANA informasiya agentliyinin xəbər verdiyinə görə, İran Prezidenti Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin növbəti sammitində Xəzərin statusu ilə bağlı konkret nəticələrin əldə olunmasına ümid etdiyini bildirib.

Xəzər dənizində İranın ilk qazma platforması "Alborz" istismara verilib. Açılış mərasimində Əhmədinejad iştirak edib.

"Platforma işlərinin Xəzərin statusu məsələsi ilə əlaqəsi yoxdur. Bu iki müxtəlif məsələdir. Xəzərin statusunun müəyyən edilməsi üçün qonşu ölkələrlə müzakirələr aparılır", - deyə Əhmədinejad açılış mərasimində bildirib.

Onun sözlərinə əsasən, Tehranda keçirilən Xəzəryanı ölkələrin sammitində Xəzərin statusuna dair müzakirələr aparılıb. "Ümid edirəm ki, növbəti sammitdə Xəzərin statusu ilə bağlı nəticə əldə olunacaq", - İran Prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti