...

"Ekol" QSC Azərbaycanda sorbent istehsalı üçün avadanlıqların quraşdırılmasına hazırlaşır

Energetika Materials 23 İyul 2009 18:21 (UTC +04:00)
Əvvəlcədən "Ekol Mühəndislik xidmətləri" QSC və Özbəkistanın "Ekonordragmet" şirkəti arasında yaradılan alyans çərçivəsində sorbent istehsalı üzrə qurğu Bakıya gətirilib və hazırda onun QSC-nin istehsal ərasizində quraşdırılması üzrə ilkin işlər aparılır.

Azərbaycan, Bakı, 23 iyul / Trend /

Əvvəlcədən "Ekol Mühəndislik xidmətləri" QSC və Özbəkistanın "Ekonordragmet" şirkəti arasında yaradılan alyans çərçivəsində sorbent istehsalı üzrə qurğu Bakıya gətirilib və hazırda onun QSC-nin istehsal ərasizində quraşdırılması üzrə ilkin işlər aparılır. Bu barədə QSC-nin məlumatında deyilir.

QSC-nin baş direktoru əvvəlcə bildirmişdi ki, yayın sonunda - payızın əvvələrində Azərbaycan-Özbəkistan alyansı Azərbaycanda ilk dəfə sorbent istehsal edəcək. İstehsal olunan sorbent neftlə çirklənən ərazilərin təmizlənməsində və Azərbaycan yataqlarındakı neft gölməçələrinin qurudulmasında istifadə olunacaq.

Sorbentin istehsalı üçün gətirilən avadanlıq əvvəlcədən yaradılmış alyansın ikinci iştirakçısı olan Özbəkistanın "Ekonordragmet" şirkətinin lisenziyalaşdırılmış avadanlığıdır. Alyansın yaradılmasına müvafiq olaraq bütün lazımi avadanlıqlar Özbəkistan şirkəti tərəfindən gətirliməli və quraşdırılmalıdır.

Sorbent tələbata və istehlaka müvafiq olaraq istehsal olunacaq, xüsusi çəkisinin az olmasına baxmayaraq, o, böyük ərazini əhatə edir.

Fevralın sonunda Azərbaycanın "Ekol" QSC və Özbəkistanın "Ekonordragmet" şirkəti Bakıda sorbent istehsalı üzrə birgə alyansın yaradılması haqqında müqavilə imzalayıb. Müqavilə Özbəkistan tərəfinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Abşeron yarımadasında ekoloji problemlərin həlli üçün 2006-cı il martın 1-də yaradılan "Ekol" QSC-nin həmtəsisçiləri ARDNŞ (51 faiz) və "Lancer S.A. Services"-dir (49 faiz).

Özbəkistan-İngiltərə birgə müəssisəsi "Ekonodragment" Özbəkistanın Ədliyyə Nazirliyində 2006-cı il fevralın 15-də qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti