...

ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri ilə bu ayda planlaşdırılan neft həcmlərinin ötürülməsini başa çatdırıb

Energetika Materials 29 İyul 2009 17:37 (UTC +04:00)
"Neftin planlaşdırılan həcminin ötürülməsi bu gün saat 03:45-də başa çatıb", - deyə mənbədən bildirilib. Boru kəməri üzrə neftin doldurulması avqustun 1-də saat 09:00-da bərpa ediləcək.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir E.İsmayılov / 

ARDNŞ çərşənbə günü "Bakı-Novorossiysk" boru kəməri ilə bu ayda planlaşdırılan neft həcmlərinin ötürülməsini başa çatdırıb. Bu barədə çərşənbə günü neft-qaz bazarındakı mənbədən bildirilib.  

"Neftin planlaşdırılan həcminin ötürülməsi bu gün saat 03:45-də başa çatıb", - deyə mənbədən bildirilib. Boru kəməri üzrə neftin doldurulması avqustun 1-də saat 09:00-da bərpa ediləcək.

"Avqustda Azərbaycan neftinin"Bakı-Novorossiysk" boru kəməri ilə nəqli planlaşdırılan texniki işlərin keçirilməsi səbəbindən ümumilikdə 24 saat olmaqla 3 dəfə dayandırılacaq", - deyə mənbədən bildirlib. Qrafikə uyğun olaraq boru kəməri ilə ötürülmə avqustun 12,18 və 25-də hər gün səkkiz saat olmaqla dayandırılacaq. 

Avqustda boru kəməri ilə 240 min ton Azərbaycan neftinin ötürülməsi planlaşdırılır. "Plana müvafiq olaraq neftin boru kəməri ilə ötürülməsi avqustun 1-dən 27-dək həyata keçiriləcək (saat 09:00-da başa çatacaq)", - mənbədən bildirlib.

Proqnoza əsasən, sentyabrda boru kəməri ilə 140 min ton neft, oktyabrda 248 min ton, noyabrda 240 min ton, dekabrda isə 140 min ton neftin nəql olunacağı planlaşdırılır.

Novorossiysk limanı vasitəsilə ARDNŞ neftin yükboşaltmasını həyata keçirir. Yanvar-iyun aylarında ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri ilə 1,2 milyon tondan çox neft ixrac edib. İyun ayında boru kəməri ilə 170,5 min ton Azərbaycan nefti ixrac olunub.

2009-cu ildə ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri ilə neft ixracını 2008-ci ildəki 1,3 milyon tona nisbətdə 2,5 milyon tona kimi artırmağı planlaşdırır.

Hazırda "Bakı-Novorossiysk" boru kəməri ilə neft nəqli zamanı Urals markalı neftin digər istehsalçıların neft ilə qarışması səbəbindən Azərbaycan həmin nefti çıxışda (Novorossiysk limanında) əldə edir.

"Bakı-Novorossiysk" boru kəmərinin operatoru 2007-ci ilin sonuna kimi bu funksiyanı ARDNŞ-ə ötürən AMOK idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti