...

Bakıda ARDNŞ-nin informasiya texnologiyalarının inkişafı strategiyası təqdim olunub

Energetika Materials 31 İyul 2009 16:58 (UTC +04:00)
"Pricewaterhouse Coopers" beynəlxalq auditor şirkəti bu gün Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) informasiya texnologiyalarının inkişaf strategiyasını təqdim edib.
Bakıda ARDNŞ-nin informasiya texnologiyalarının inkişafı strategiyası təqdim olunub

Azərbaycan, Bakı, 31 iyul / Trend /

"Pricewaterhouse Coopers" beynəlxalq auditor şirkəti bu gün Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) informasiya texnologiyalarının inkişaf strategiyasını təqdim edib. Bu barədə ARDNŞ-nin cümə günü yayılmış məlumatında deyilir.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin təqdimat zamanı bildirdiyi kimi, bu layihə neft şirkətinin transmilli şirkətə çevrilməsində böyük əhəmiyyət kəsb edir.

"Gələcəkdə lider şirkət kimi fəalliyət göstərmək üçün informasiya texnologiyalarının əhəmiyyəti böyük olacaq", - deyə layihə rəhbəri Aleksey Burlatski bildirib.

Xəbər lenti

Xəbər lenti