...

ARDNŞ Gürcüstan bazarında neft məhsullarının satış həcmini artırır

Energetika Materials 1 Dekabr 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir E.İsmayılov/

Yanvar-noyabr aylarında SOCAR Georgia Petroleum şirkəti (SOCAR Energy Georgia şirkətinin törəmə müəssisəsi) Gürcüstan bazarında 377,2 min tona yaxın Azərbaycanın neft məhsullarını satıb. Bu barədə çərşənbə axşamı SOCAR Georgia Petroleum şirkətindəki mənbədən bildirilib.

Mənbənin sözlərinə görə, bu ilin sonunadək Azərbaycanın neft məhsullarının Gürcüstan bazarında satış həcmi 410 min tona çatacaq.

Bu dövr ərzində Gürcüstan bazarında ən çox avtomobil benzini satılıb. Bu neft məhsulunun satış həcmi 179 min tona yaxın təşkil edib. Bu dövr ərzində 157,6 min tona yaxın dizel yanacağı, 28,6 min tona yaxın kerosin, 5,1 min tondan çox mazut, 7 min ton bitum satılıb.

ARDNŞ satış həcmi üzrə Gürcüstan bazarının 50%-ni, dizel yanacağı üzrə 70%-ni, aviakerosin üzrə isə 90%-ni təşkil edir.

"Azərbaycanın neft məhsulları Gürcüstan bazarının təxminən 50-60 faizini təşkil edir", - SOCAR Energy Georgia şirkətinin rəhbəri Mahir Məmmədov bir müddət əvvəl bildirib.

ARDNŞ-nin tərkibinə daxil olan Azərbaycanın Neft Emalı zavodlarında (NEZ) neft emalının ümumi həcmi yanvar-oktyabr aylarında 5,03 milyon ton təşkil edib. 2008-ci ilin analoji dövründə bu göstərici 6,1 milyon tondan artıq olub.

2008-ci ildə Azərbaycanın NEZ-ləri təxminən 7,35 milyon ton neft emal edib.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 milyon ton neft təşkil edən iki NEZ bazasında istehsal edilir. Hər iki zavod quru və dəniz yataqlarında öz vəsaiti hesabına hasil edilən ildə təxminən yeddi milyon ton nefti emal edən ARDNŞ-nin tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti