...

ABŞ Azərbaycan neftinin idxalını azaldıb

Energetika Materials 1 Dekabr 2009 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir E.İsmayılov/

Bu ilin yanvar-sentyabr aylarında ABŞ Azərbaycandan 16,6 milyon bareldən çox neft idxal edib. 2008-ci ilin analoji dövründə bu göstərici 18,4 milyon bareldən artıq olub. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsindən (EIA) verilən məlumatda deyilir.

Yanvar ayında ABŞ Azərbaycandan 2,1 milyon barel neft idxal edib. Fevral ayında Azərbaycandan idxal olmayıb. Matrt ayında bu göstərici 2,5 milyon barelə yaxın, aprel ayında isə 3,1 milyon bareldən artıq təşkil edib. May ayında idxal 630 min barel, iyunda 3 milyon barelə yaxın təşkil edib. İyulda Azərbaycan netfinin idxalı 1 milyon barel, avqust ayında isə 1,2 milyon bareldən artıq olub. Sentyabr ayında bu göstərici 3 milyon barelə yaxın təşkil edib.

Ümumilikdə, 2008-ci ildə Azərbaycandan 26,8 milyon barel neft, 2007-ci ildə isə 20,6 milyon bareldən artıq neft idxal edilib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu nefti Türkiyənin Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti Gürcüstanın Supsa limanından da ixrac edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti