...

Azərbaycan neftinin qiyməti dekabrın 2-də azalıb

Energetika Materials 3 Dekabr 2009 13:17 (UTC +04:00)
Dekabrın 2-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $78,9 /barel təşkil edib. 1997-ci ildən xarici şirkətlərlə birlikdə yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $1,56 /barel azalıb.

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir E.İsmayılov /

Dekabrın 2-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $78,9 /barel təşkil edib. 1997-ci ildən xarici şirkətlərlə birlikdə yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $1,56 /barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla bərabər Azeri Light nefti Bakı-Supsa neft kəməri vasitəsilə Supsa limanına nəql edilir.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 2-də $77,86 /barel təşkil edib və bu, əvvəlki qiymətdən $1,56 /barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 2-də $74,41 /barel təşkil edib və bu, əvvəlki qiymətdən $1,53 /barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti dekabrın 2-də $77,04 /barel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,57 /barel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti