...

OPEK Azərbaycan neftinin tədarükü proqnozunu artırıb

Energetika Materials 3 Dekabr 2009 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir A.Bədəlova/

OPEK-in proqnozlarına görə, 2009-cu ilin yekunu üzrə Azərbaycan neftinin tədarükü sutkada 140 min barel olmaqla 1,04 milyon barelədək artacaq ki, bu da bir ay əvvəl proqnozlaşdırılan kartelin həcmindən sutkada 28 barel çoxdur.

Kartelin rəsmi saytında yerləşdirilən OPEK-in məlumatında deyildiyi kimi, keçmiş Sovet İttifaqı ölkələrindən neft tədarükü 2009-cu ildə sutkada 12,9 milyon barel, 2010-cu ildə isə sutkada 13,1 milyon barel təşkil edəcək.

OPEK cari ilin yekunu üzrə kartelə daxil olmayan ölkələrdən neft tədarükünü sutkada 410 min barel olmaqla 50,86 milyon tonadək artırmağı proqnozlaşdırır ki, bu da ötən ay proqnozlaşdırılan həcmdən sutkada 50 min barel çoxdur.

OPEK-in proqnozlarına əsasən, 2010-cu ildə kartelə daxil olmayan ölkələrdən neft tədarükü sutkada 350 min barel olmaqla 51,21 milyon barelədək artacaq ki, bu da ötən ay proqnozlaşdırılan həcmdən sutkada 13 min barel azdır.

OPEK-in proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin tədarükü bu il sutkada 120 milyon barel olmaqla 19,49 milyon barelədək azalacaq.

OPEK dünyanın neftə olan tələbatını 2009-cu ildə sutkada 84,2 milyon barel, 2010-cu ildə isə sutkada 84,9 milyon barel səviyyəsində proqnozlaşdırır. Tələbatın ümumi həcminin 2009-cu ildə 45,9 milyon bareli, 2010-cu ildə isə 45,7 milyon bareli İƏİT ölkələrinin payına düşəcək

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti