...

ARDNŞ Xəzərin Rusiya sektorunda mühəndis-geoloji işləri aparır

Energetika Materials 3 Dekabr 2009 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend /

ARDNŞ Xəzər dənizinin Rusiya sektorundakı "Flanovski" yatağından kern nümunələri götürüb. Bu barədə ARDNŞ cümə axşamı məlumat yayıb.

Bu məqsədlərlə "Zöhrab Vəliyev" elmi-tədqiqat gəmisi ilə dərinliyi 80 metr olan 4 mühəndis geoloji quyusu qazılacaq. Gəmidə olan laboratoriyada süxurun ekspress analizi aparılacaq və onun fiziki-mexaniki xüsusiyyətləri öyrəniləcək.

Ekspedisiya artıq işlərin aparıldığı yerə yola düşüb. İşlər "Morinologiya" şirkətinin sifarişi çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti