...

ARDNŞ öz yataqlarından birində neft və qaz hasilatını artırıb

Energetika Materials 4 Dekabr 2009 12:06 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qum Adası" Neft-Qaz Hasilatı İdarəsi (NQHİ) yanvar-noyabrda təxminən 197,7 milyon kubmetr qaz hasil edib ki, bu da proqnozlaşdırılandan 30 milyon kubmetr çoxdur. ARDNŞ-in məlumatında deyilir.

Azərbaycan, Bakı, 04 dekabr / Trend /

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qum Adası" Neft-Qaz Hasilatı İdarəsi (NQHİ) yanvar-noyabrda təxminən 197,7 milyon kubmetr qaz hasil edib ki, bu da proqnozlaşdırılandan 30 milyon kubmetr çoxdur. ARDNŞ-in məlumatında deyilir.

Bu dövr ərzində NQHİ-in orta sutkalıq hasilatı 459 min kubmetr təşkil edib.

Yanvar-noyabrda NQHİ-dən orta sutkalıq 209 ton sayəsində ümumilikdə 72,1 min ton neft hasil edilib.

Ötən ilə nisbətdə qaz hasilatı 10,2 faiz, neft hasilatı isə 25,4 faiz artıb.

Xəbər lenti

Xəbər lenti