...

ARDNŞ dekabr ayında Rusiyaya neft ixracının həcmini azaldacaq

Energetika Materials 4 Dekabr 2009 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ dekabr ayına planlaşdırılmış neft həcmini Bakı-Novorossiysk neft kəməri üzrə ötürülməsinə başlayıb, cümə günü neft-qaz bazarındakı mənbə deyib. Bu ay ARDNŞ şimal marşrutu ilə 140 min ton Azərbaycan nefti nəql edir. Noyabr ayında Bakı-Novorossiysk boru kəməri ilə 240 min ton neft ötürülüb.

Mənbənin sözlərinə görə, dekabr ayına nəzərdə tutulmuş neft həcminin ötürülməsi dekabrın 25-də başa çatacaq.

Əvvəllər digər mənbənin dediyinə görə, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Rusiyaya ixrac edilən Azərbaycan neftinin həcmini 2,5 milyon tondan 1,9 milyon tonadək azaldacaq

2008-ci ildə bu göstərici 1,3 milyon ton təşkil edib. Rusiya istiqamətində neft ixracının həcminin azaldılması ölkədə neft emalının artması ilə əlaqələndirilir. Proqnozlara əsasən, 2010-cu ildə Azərbaycanda neft emalı 6 milyon tonu ötəcək.

ARDNŞ Novorossiyk vasitəsilə öz yataqlarında hasil edilən və həmçinin Azərbaycanda quruda fəaliyyət göstərən əməliyyat şirkətlərinin və birgə müəssisəslərin neftinin yüklənməsini həyata keçirir. Şirkət yanvar-oktyabr ayları ərzində Bakı Novorossiyk şimal boru kəməri ilə 2,1 milyon ton neft ixrac edib. 2008-ci ilin analoji dözründə bu göstərici 1 milyon ton təşkil edib.

Hazırda şimal boru kəməri ilə neft nəqli zamanı şirkət çıxışda Urals markalı neft əldə edir.

Bakı-Novorossiyk boru kəmərinin operatoru 2007-ci ilədək ABƏŞ olub. Sonradan o bu funksiyanı ARDNŞ-a təhvil verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti