...

Gürcüstanda 82 min abunəçi hələ də işıqsız qalıb

Energetika Materials 4 Dekabr 2009 17:55 (UTC +04:00)
Gürcüstanda 82 min abunəçi hələ də işıqsız qalıb

Gürcüstan, Tbilisi, 04 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Qərbi Gürcüstanda enerji sistemində qəza likvidasiyası üzrə işləri güclü külək çətinləşdirir. Bu barədə "Energopro Georgia" şirkəti məlumat verib. Şirkətin 82 min abunəçisi əvvəlki kimi elektrik enerjisiz qalmaqdadır.

Dünən elektrikötürücü xətti zədələyən güclü külək səbəbindən 100 min abunəçi işıqsız qalıb. Bun gün elektrik təchizatı qismən bərpa olunub.

"Energopro Georgia"-nın texniki briqadası bu gün səhər tezdən yenidən işə başlayıblar və günün sonunadək bitirəcəklərini bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti