...

Azərbaycan Dövlət Neft Akademiyasının 58-ci Elmi-Texniki Konfransı öz işini başa çatdırıb

Energetika Materials 4 Dekabr 2009 15:37 (UTC +04:00)
Cümə günü Azərbaycan Dövlət Neft Akademiyasının Konstitusiya gününə həsr edilmiş 58-ci Tələbə Elmi-Texniki Konfransı öz işini başa çatdırıb. Trend İnformasiya Agentliyi konfransa informasiya dəstəyi göstərib.
Azərbaycan Dövlət Neft Akademiyasının 58-ci Elmi-Texniki Konfransı öz işini başa çatdırıb

Azərbaycan, Bakı, 04dekabr / Trend /

Cümə günü Azərbaycan Dövlət Neft Akademiyasının Konstitusiya gününə həsr edilmiş 58-ci Tələbə Elmi-Texniki Konfransı öz işini başa çatdırıb. Trend İnformasiya Agentliyi konfransa informasiya dəstəyi göstərib.

12-25 noyabr tarixləri arasında 9 bölmə - "Geoloji kəşfiyyat", "Neftqaz sənayesi", "Kimya və kimya texnologiyası", "Neft mexanikası", Energetika", "Avtomatika və İnformatika", "İqtisadiyyat və İdarə", "Təbiəət haqqında elmlər" və "Humanitar elmlər" bölmələri çərçivəsində 26 iclas keçirilib.

Dekabrın 4-də keçirilmiş plenar iclada konfransa yekun vurulub - 14 iştirakçıya birinci dərəcəli, 19 iştirakçıya isə ikinci dərəcəli təşkilat komitəsinin diplomları təqdim edilib. İştirakçılara konfransın sponsorları oilan Rapid Solution, Emerson process management şirkətləri tərəfindən hədiyyələr də təqdim edilib. Digər 19 məruzəçiyə tələbə həmkarlar ittifaqı komitəsi tərəfindən pul mükafatları təqdim edilib. 12 məruzəçi isə təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.

Həmçinin konfransın nəticələri üzrə 209 məruzənin mətni çapa tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti