...

ARDNŞ gələn il iri qaz layihəsi çərçivəsində tədqiqatları başa çatdıracaq

Energetika Materials 4 Dekabr 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ 2010-cu ilin payızında "Qalmaz" yeraltı qaz anbarlarında aparılan üçölçülü tədqiqtlar (3D) zamanı alınan məlumatların emal və interpretasiya prosesini başa çatdıracaq. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə bildirib. 3D tədqiqatlar qaz anbarının üçölçülü modelinin yaradılması və onun genişlənməsi imkanlarının qiymətləndirilməsi məqsədilə aparılıb.

"Alınan məlumatlar artıq ARDNŞ-nin Geologiya və Geofizika İdarəsinə göndərilib və gələn ilin sentyabr ayında aparılan işlərə yekun vurulacaq", - mənbə deyib.

Azərbaycanda iki qaz anbarı var: "Qaradağ" və"Qalmaz" qaz anbarları. "Qaradağ" qaz anbarının aktiv gücü 500 milyon kubmetr, "Qalmaz" qaz anbarının aktiv gücü isə 1,1-1,2 milyard kubmetr təşkil edir.

Hazırda ARDNŞ "Qaradağ" qaz anbarının genişləndirilməsi çərçivəsində fəal işlər görür.

Əvvəlcə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, gələn il yeni kompressor stansiyalarının, boru kəmərlərinin inşası və quyuların təmiri üzrə işlərin başa çatması planlaşdırılır. "Qaradağ" qaz anbarının genişlənməsinin birinci fazası çərçivəsində onun aktiv gücünün 1,4 milyard kubmetrə, ikinci faza çərçivəsində isə 2,3 milyard kubmetrə çatdırmaq planlaşdırılır.

Abdullayevin sözlərinə görə, yaxın zamanlarda Azərbaycanın yeraltı qaz anbarlarına 3 milyard kubmetrə yaxın yanacaq vurulması mümkün olacaq. Perspektivli üçüncü mərhələdə isə bu rəqəmi 5 milyard kubmetrə çatdırmaq planlaşdırılır. Bu, Azərbaycanın daxili bazarının qaz təminatını və ölkənin ixrac imkanlarını artıracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti