...

2010-cu ilin yazında ARDNŞ iri qaz obyektini istismara verəcək

Energetika Materials 5 Dekabr 2009 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr /Trend capital, müexbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ilin yazında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağının "Günəşli-4" platformasında kompressor stansiyasını istismara verməyi planlaşdırır, "Azneft" istehsalat birliyinin baş direktorunun ekologiya məsələləri üzrə müavini Faiq Cəfərov şənbə günü deyib.

"Prinsipcə inşaat işləri artıq başa çatıb, hal-hazırda isə sazlama işləri gedir. Gələn ilin mart-aprel aylarında kompressorun tam gücü ilə istismara verilməsi nəzərdə tutulur", - Cəfərov deyib. Kompressor stansiyasının sutkalıq gücü 4 milyon kubmetr təşkil edir.

Cəfərovun sözlərinə görə, hazırda müstəqil validator tərəfindən Günəşli yatağının dayaz hissəsindən atmosferə buraxılan səmt qazlarının həcminin qiymətləndirilməsi və monitorinqi aparılır. Bu, BMT-nin Kiotsk protokolu çərçivəsində zəruridir.

"Günəşli" yatağında valdasiya prosesi Veritas sertfikasiya bürosu tərəfindən aparılır.

"Günəşli-4" platformasında yeni kompressor stansiyasının qurulması nəticəsində atmosferə aşağıtəzyiqli qazın buraxılması 90 faiz azalacaq, bir müddət əvvəl ARDNŞ-ın ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev deyib.

ARDNŞ "Günəşli" yatağının dayaz hissəsindəki aşağıtəzyiqli səmt qazını toplamaq niyyətindədir. Bu qaz sıxıldıqdan sonra Azərbaycanın qaz emalı zavoduna və ya milli qaz nəqliyyatı sisteminə göndərilərək abunəçilərə veriləcək. Həmin qazın nəql edilməsi üçün artıq quruda boru kəməri çəkilib.

Əvvəllər bu qaz infrastrukturun çatışmaması səbəbindən atmosferə atılırdı. Lazımi infrastrukturun qurulması və layihənin reallaşmasının dəyəri 150 milyon dollardır.

Atılan qazın həcmi ildə 150-250 milyon kubmetr təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti