...

Azərbaycanda yanvar-noyabr aylarında 16 milyard KVt/s-dan çox elektrik enerjisi istehsal edilib

Energetika Materials 8 Dekabr 2009 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr / Trend /

"Azerenerji" (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) SC yanvar-oktyabrda, ötən ilin analoji dövründə istehsal olunmuş 19,1 milyard kilovat/saat elektrik enerjisinə nisbətdə təxminən 16,8 milyard kilovat/saat enerji istehsal edib. Bu barədə SC-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

İstehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 14,7 milyard kilovat/saat istilik-elektrik stansiyalarının və təxminən 2,1 milyard kilovat/saat hidro-elektrik stansiyaların payına düşüb.

Noyabr ayında "Azerenerji" sistemində 1,5 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub. İstehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 1,2 milyard kilovat/saat istilik-elektrik stansiyalarının və təxminən 0,3 milyard kilovat/saat isə hidro-elektrik stansiyaların payına düşüb.

Xəbər lenti

Xəbər lenti