...

Azərbaycanda yanvar-noyabr aylarında 95 min tondan çox neft koksu istehsal edilib

Energetika Materials 9 Dekabr 2009 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr / Trend /

Yanvar-noyabr aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2008-ci ilin analoji dövründə istehsal olunmuş 168 min tona nisbətdə təxminən 98,6 min ton neft nkoksu istehsal edib, ARDNŞ-dən məlumat verilib.

Noyabr ayında ARDNŞ-də 10,4 min tondan çox neft koksu istehsal edilib.

2008-ci ildə Bakı Neft Emalı Zavodunda 168,93 min ton koks istehsal edilib. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.

2006-cı ildə 67,24 min ton istehsal edilib. 2005-ci ildə müəssisədə neft koksu istehsal edilməyib. Azərbaycanda istehsal edilən neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti