...

ARDNŞ büdcəyə 930 milyon manatdan artıq vəsait ödəyib

Energetika Materials 8 Dekabr 2009 19:02 (UTC +04:00)

Azərbauycan, Bakı, 08 dekabr / Trend /

Yanvar-noyabr aylarında ARDNŞ dövlət büdcəsinə 936,3 milyon manat vəsait ödəyib. Bu barədə şirkət tətəfindən yayılan məlumatda deyilir.

Noyabr ayında bu göstərici 111,85 milyon manat təşkil edib.

"ARDNŞ yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fonduna 103,2 milyon manatdan artıq vəsait ödəyib", - məlumatda deyilir. Noyabrda Sosial Fonda 9,3 milyon manatdan artıq vəsait ödənilib.

Dekabrın 08-nə olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti