...

İran qazının nəqli "Nabukko" üçün dəstək ola bilər - Türkiyənin dövlət naziri

Energetika Materials 9 Dekabr 2009 18:56 (UTC +04:00)

ABŞ, Vaşinqton, 09 dekabr / Trend , müxbir K.Paşayeva/

İran qazının nəqli "Nabukko" üçün dəstək ola bilər. Bu barədə Türkiyənin dövlət naziri Egemen Baxış TREND-ə müsahibəsində bildirib.

"İran qazının nəqli "Nabukko" üçün dəstək ola bilər. İran qazı olmasa da "Nabukko" Azərbaycan, Türkmənistan və regionun digər ölkələrinin qazı ilə doldurula bilər", - Baxış deyib.

Onun sözlərinə görə, "Nabukko" altı tərəfdaşın ticari layihəsidir. Qazı haradan əldə edib, hara nəql etmək barədə tərəfdaşlar qərar verməlidirlər.

"İran qazının Avropa istehlakçılarına çatdırılması ilə bağlı qərarı "Nabukko" səhmdarları verməlidirlər", - Baxış qeyd edib.

Dövlət naziri deyib ki, Türkiyə Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsinə mühüm yer ayıran ölkədir, çünki Avropa üçün lazım olan enerji mənbələrinin 70 faizi Türkiyə ilə qonşuluqda yerləşir. Buna görə də Türkiyə Avropa üçün təbii coğrafi körpüdür.

Bununla yanaşı, ölkə qeyri-qanuni miqrasiyaya qarşı, terrorizmlə mübarizədə, narkotik və qaçaqmalçılığın daşınmasında təbii sipərdir.

"Yəni Türkiyə bəzi məsələlərin həllində körpü, digər məsələlərdə isə sipərdir. Bundan əlavə, Türkiyə Aİ üçün az əhəmiyyət kəsb etmir, nəinki Aİ Türkiyə üçün", - Baxış deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti