...

Avropa qaz idxalını 2030-cu ildə 70 faiz artıra bilər - Eurogas

Energetika Materials 9 Dekabr 2009 18:52 (UTC +04:00)
Avropa 2030-cu ildə qaz idxalını 74 faizə qədər artıra bilər. Bu barədə, Avropa Qaz ittifaqının məruzəsində, təşkilatın rəsmi saytında yayılmış məlumatda deyilir.

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir A.Bədəlova/

Avropa 2030-cu ildə qaz idxalını 74 faizə qədər artıra bilər. Bu barədə Avropa Qaz İttifaqının (Eurogas) məruzəsində, təşkilatın rəsmi saytında yayılmış məlumatda deyilir.

Məruzədə deyildiyi kimi, ötən il Avropaya qax idxalının 23 faizi Rusiya, 9 faizi Əlcəzair, 3 faizi Nigeriya, 2 faizi Liviya və 18 faizi Norveçin payı olmaqla, 55 faizi daxili hasilatın hesabına təmin edilib.

Eurogas-ın proqnozuna görə, 2030-cu ildə Avropanın energetika strukturunda təbii qazın payı hazırkı 24 faizdən 30 faizə qədər artırılacaq.

"Yeni boru kəmərinə dair bir sıra layihələrdə (Şimal Axını, Cənub Axını, Nabukko, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri kimi) Avropa xaricində planlaşdırılan investisiyalar mənbələrin və tədarük marşrutlarının diversifikasiyasını təmin edir", - Eurogas-ın məruzəsində deyilir.

Məruzəyə əsasən, AŞ-nin siyasəti Avropaya enerji təhlükəsizliyi tədarükünun təmin edilməsi məqsədinə nail olmağa kömək edə bilər. Bu mənada Eurogas Avropa Şurasının istehsalçı və tranzit ölkələri ilə yaxşı əlaqələr yaratmasını vacib hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti