...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi yeni yanacaq standartları qəbul etmək niyyətindədir

Energetika Materials 10 Dekabr 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir E.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gələn ilin əvvəllərində Azərbaycanda yanacağın bütün növləri üzrə Avropa standartları qəbul etmək niyyətindədir, cümə axşamı komtədən deyilib.

"Hazırda yeni standartlar hazırlanır. Avropa standartlarının hazırlanması ilə komitənin nəzdindəki standartlaşdırma institutu məşğul olur. Gələn ilin əvvəlinə yeni standartların təsdiq olunması gözlənilir", - komitədən deyilib.

"Hazırda ölkədə tətbiq olunan AZS standartları Avropa standartlarından geri qalır. Yeni standartlar benzin, dizel yanacağı, sürtkü yağları və başqa növ yanacaqlar üçün işlənib hazırlanır", - komitədə deyilib.

Gələn ilin Azərbaycanda ekologiya ili elan edildiyini nəzərə alsaq, yeni standartların qəbul olunması ekologiyanın müdafiəsinə böyük töhfə verəcək.

Yeni standartlar yanacağın tərkibində benzolun miqdarının azalmasını nəzərdə tutur. Yeni standartların tətbiq olunması atmosfrerə zərərli maddələrin atılması həcmini azaltmağa, həmçinin istehlakçıların hüquqlarını təmin etməyə imkan yaradacaq, çünki yanacağın keyfiyyəti avtonəqliyyatın işində və sürətində əks olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti