...

ARDNŞ yanvar-noyabrda "Bakı-Supsa" kəməri ilə 2,5 milyon tondan çox neft ixrac edib

Energetika Materials 10 Dekabr 2009 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

ARDNŞ yanvar-noyabr aylarında "Bakı-Supsa" qərb boru kəmər marşrutu ilə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən 2,55 milyon tona yaxın yüngül Azərbaycan nefti ixrac edib. Bu barədə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumatda deyilir.

Ümumilikdə, 2008-ci ildə bu boru kəməri vasitəsilə 407,1 min ton neft ixrac edilib. 2007-ci ildə boru kəmərində aparılan təmir işlərinə görə bu istiqamətdə yüklənmə olmayıb.

"Bakı-Supsa" boru kəmərinin operatoru BP şirkətidir. Bu boru kəməri vasitəsilə nəqletmə 2008-ci il noyabrın əvvəllərində bərpa edilib.

Boru kəməri 2006-cı ilin sonlarından təmirdə olub. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb.

Yanvar-noyabr aylarında ARDNŞ Batumi limanı üzərindən dəmiryol vasitəsilə neft ixrac etməyib.

Xəbər lenti

Xəbər lenti