...

Azərbaycan neftinin qiymətləri dekabrın 10-da azalıb

Energetika Materials 11 Dekabr 2009 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir E.İsmayılov/

Dekabrın 10-da CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $72,89 /barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbəyə nisbətən $2,85 /barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryol ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 10-da $71,7 /barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,74 /barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 10-da $68,98 /barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,75 /barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti dekabrın 10-da $70,8 /barel təşkil edib. Bu, əvvəlki qiymətdən $2,82 /barel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti