...

ARDNŞ Gürcüstanda daha iki YDS açır

Energetika Materials 11 Dekabr 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ bu yaxınlarda Gürcüstanda şəxsi brendi altında iki yanacaqdoldurma stansiyasını (YDS) istismara verməyi planlaşdırır. Bu barədə SOCAR Energy Georgia şirkətindən məlumat verilib.

"Bu günlərdə 2 stansiya açılacaq. Bunlardan biri Saqarecoda, ikincisi isə Zestafonidə olacaq", mənbə deyib.

Mənbə deyib ki, yaxın zamanlarda Tbilisidə 2 YDS-də istismara veriləcək. Borjomi və Dapnaridə YDS-in inşası işləri davam edir. Onlar da bu ilin sonunadək istismara veriləcək.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribüsiya və marketinqlə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satışını həyata keçirir.

SOCAR Georgia-nın həmtəsisçiləri: ARDNŞ (51%), Petro-Trans FZCO (32,7%) və Vano Çxartişvilidir (16,3%).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti