...

Beynəlxalq maliyyə institutları Nabukko"nun maliyyələşdirilməsi üçün 1,5 milyard dollar avroyadək vəsait ayıra bilər

Energetika Materials 11 Dekabr 2009 20:00 (UTC +04:00)
AYİB, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporsiyası (BMK) və digər maliyyə institutlarından biri Xəzər regionundan Yaxın Şərq regionu ilə Aİ ölkələrinə qaz tədarükünu nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsinin maliyyələşdirilməsi üçün 1,5 milyard avroyadək vəsait ayıra bilər.
Beynəlxalq maliyyə institutları Nabukko"nun maliyyələşdirilməsi üçün 1,5 milyard dollar avroyadək vəsait ayıra bilər

Vyana, Avstriya, 11 dekabr / Trend , müxbir A.Ələsgərov/

AYİB, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporsiyası (BMK) və digər maliyyə institutlarından biri Xəzər regionundan Yaxın Şərq regionu ilə Aİ ölkələrinə qaz tədarükünu nəzərdə tutan "Nabukko"qaz kəməri layihəsinin maliyyələşdirilməsi üçün 1,5 milyard avroyadək vəsait ayıra bilər. Bu barədə AYİB-in Direktorlar Şurasının üzvü Kalin Mitrev deyib.

Cümə günü Vyanada keçirilən "Nabukko və Cənub Axını - Avropa enerji təhlükəsizliyi üçün yeni perspektivlər" forumunda çıxış edən Mitrev deyib ki, layihənin maliyyələşdirilməsində ixrac-kredit agentliklərinin və kommersiya banklarının payı 2 mlyard dollardan 3 milyard dollaradək təşkil edir.

Mitrevin dediyi kimi, bu gün layihənin qiyməti 8 milyard dollar təşkil edir, lakin bu, gələcəkdə arta bilər.

Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları: OMV (Avstriya), MOL (Macarıstan), Bulgarqaz (Bolqarıstan), Transgaz (Ruminya), Botaş (Türkiyə), RWE (Türkiyə). Layihənin ümumi dəyərinin 30 faizi səhmdar Nabucco gas Pipeline İnternational-ın layihədə işgüzar iştirakı əsasında maliyyələşdiriləcək. Qalan 70 faiz kreditorların hesabına, üçdə biri beynəlxalq maliyyə institutları, qalan hissə isə ixrac-kredit agentlikləri və kommersiya bankları tərəfindən maliyyələşdiriləcək.

"Nabukko və Cənub Axını - Avropa enerji təhlükəsizliyi üçün yeni perspektivlər" forumuna informasiya dəstəyini Trend göstərib.

Məqalənin hazırlanmasında A.Bədəlova (Bakı) iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti