...

ARDNŞ iri dəniz obyektini sökür

Energetika Materials 12 Dekabr 2009 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend /

ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi "Bahar" və "Qumdəniz" yataqlarını birləşdirən 325 millimetrlik qaz kəmərində sualtı sonar planalma işləri aparır. Bu barədə şirkətin məlumatında deyilir.

İşlər ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının "M.Süleymanov" elmi-tədqiqat gəmisi vasitəsilə həyata keçirilir. Hazırda işlərin 50%-i başa çatıb.

Bu işlərin başa çatmasından sonra 21,5 kilometrlik boru kəmərinin sökülməsi planlaşdırırlır. Sökülmə işləri "S.Vəzirov" borudüzən gəmisi vasitəsilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti