...

ITGI Azərbaycan qazına iddialıdır

Energetika Materials 12 Dekabr 2009 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir A.Bədəlova/

ITGI (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəməri 2015-ci ilə qədər inşa edilə bilən yeganə layihədir və həmin vaxtadək "Şahdəniz" yatağı inkişafın ikinci mərhələsində Azərbaycan qazının hasil edilməsi üçün hazır olacaq. Layihənin meneceri Elio Ruggeri belə hesab edir.

"Layihə Avropa bazarına nəql üçün ən ucuz qiymətlər, Azərbaycan qazına isə ən yüksək qiymət təqdim edir", - Ruggeri Nefte Compass-a müsahibəsində deyib.

Onun sözlərinə görə, 2010-cu ilə qədər Azərbaycan qazından başqa heç bir qaz (Xəzər regionundan) ixracat müqaviləsinə qoşulmaq üçün hazır olmayacaq.

Ruggerinin dediyi kimi, ITGI qaz kəməri vasitəsilə quyuların mənsəbindən İtaliyanın sənaye bazarınadək min kubmetr qaz nəqlinin tarifi "Nabukko" qaz kəmərindən 10 faizdən 15 faizədək ucuz başa gələcək.

Noyabrda "Nabukko" qaz kəməri layihəsinin iştirakçılarından olan Almaniyanın RWE şirkəti "Nabukko" vasitəsilə Azərbaycanın "Şahdəniz" qaz yatağı mənsəbindən satış bazarınadək min kubmetr qazın çatdırılmasının dəyərinin 77 avro təşkil etməsi ilə bağlı məruzə dərc edib.

Ruggerinin sözlərinə görə, ITGI vasitəsilə nəqlin aşağı tarifləri yeddi milyard kubmetr qaz nəqli vəziyyətində də saxlanılacaq.

"Biz hesab edirik ki, əgər türkmən, yaxud İraq qazı "Nabukko" kəməri vasitəsilə getsə, o zaman bu həcm layihə üçün kifayət edəcək dərəcədə olacaq və Azərbaycan qazına ehtiyac olmayacaq. Beləliklə də biz hesab edirik ki, "Cənub dəhlizi"nin açılması üçün çox asan həll var və bu, Azərbaycan qazının ITGI qaz layihəsi vasitəsilə göndərilməsidir", - Ruggeri deyib.

Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutan ITGI nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITG (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələri daxildir.

Yunanıstan-İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasistəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək. Türkiyə-Yunanıstan-İtaliya nəqliyyat dəhlizinin çatışmayan halqasıdır. ITGI-nin ötürmə gücü ildə 12 mlrd. kubmetr səviyyəsində planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti