...

ARDNŞ Azərbaycan qazının İrana tədarük edilməsi üzrə müqaviləyə dair danışıqları davam etdirir

Energetika Materials 14 Dekabr 2009 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend capital, müxbir E.İsmayılov/

ARDNŞ nümayəndələri Azərbaycan qazının İrana tədarük edilməsi müqaviləsinə dair danışıqları davam etdirirlər, ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev bazar ertəsi deyib.

"Bəndlərin bir hissəsi artıq müzakirə edilib. Danışıqların yekunu üzrə tam razılıq əldə olunduqdan sonra müqavilə imzalanacaq", - Abdullayev deyib.

Bir müddət əvvəl ARDNŞ-in rəhbəri bildirmişdi ki, Azərbaycan xarici işlər nazirinin İrana səfəri çərçivəsində ARDNŞ və İran Milli Qaz Şirkəti arasında Azərbaycan qazının tədarükünə dqair müqavilənin imzalanması gözlənilir.

Onun sözlərinə görə, ilin əvvəlindən etibarən Azərbaycan qazının İrana ölkələr arasındakı mövcud infrastukturun imkan verdiyi həcmdə tədarük ediləcəyi planlaşdırılır.

Hazırda infrastruktur ildə 500 milyon kubmetrə yaxın qaz tədarük etməyə imkan verir. Gələcəkdə tərəflər qaz-kompressor stansiyalarının ötürmə qabiliyyətinin artırılması hesabına bu həcmi genişləndirmək niyyətindədirlər.

Qazın qiyməti göstərilməyib.

Bir müddət əvvəl İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami demişdi ki, İran Azərbaycandan ildə 5 milyard kubmetrədək qaz əldə etmək niyyətindədir.

Azərbaycan qaz ixracı üzrə dörd istiqamətə malikdir - Türkiyə, Gürcüstan, Rusiya və İran. Hazırda Türkiyə və Gürcüstana qaz ixrac edilir. Gələn ilin əvvəlindən Azərbaycan qazının Rusiyaya ixracı başlayacaq.

Azərbaycan və İranı uzunluğu 1474,5 kilometr olan "Qazı Məhəmməd-Astara-Bind-Biand" qaz kəməri bağlayır. Onun ötürmə gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur, burada üç kompressor stansiyası quraşdırılıb - Qazı Məhəmməd, Ağdaş və Qazaxda. Qaz-nəqliyyat sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti