...

Londonda ekspertlər neftin nəqli üzrə Qazaxıstanın Xəzər sistemi layihəsini müzakirə edəcəklər

Energetika Materials 14 Dekabr 2009 12:46 (UTC +04:00)

Londonda ekspertlər neftin nəqli üzrə Qazaxıstanın Xəzər sistemi layihəsini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir E. ismayılov/

Yaxın vaxtlarda Londonda neftin nəqli üzrə Qazaxıstanın Xəzər sistemi layihəsi çərçivəsində ekspertlərin görüşü keçiriləcək, bazar ertəsi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

"Layihə çərçivəsində BM artıq yaradılıb. Hazırda texnki-iqtisadi əsaslandırma üzrə hazırlıq işləri aparılır. Londonda ARDNŞ mütəxəssislərinin iştirakı ilə bu layihə çərçivəsində görüş keçiriləcək", - Abdullayev deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində "müsbət irəliləyişlər" var.

Bu layihə ilkin mərhələdə nəqletmə imkanlarını 23 milyon ton həcmdə, növbəti artımla isə 35-56 milyon tonadək təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti