...

ARDNŞ Türkiyədə yeni NEZ-in inşasının maliyyələşdirilməsinə dair danışıqlar aparır

Energetika Materials 14 Dekabr 2009 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ Türkiyədə Petkim Neft-Kimya Kompleksinin yaxınlığında yeni neft emalı zavodunun (NEZ) inşası layihəsinin maliyyələşdirilməsi məqsədilə banklarla danışıqlar aparır. Bunu bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. ARDNŞ Petkim Neft-Kimya Kompleksinin şərikidir.

"İnşaatın başlanma vaxtını hazırlıq işləri göstərəcək. Hazırda maliyyələşdirmə və digər məsələlər üzrə banklarla danışıqlar aparılır. Ən əsası odur ki, Türkiyə hökumətindən bütün icazə sənədləri alınıb", - Adbullayev bildirib.

Abdullayev deyib ki, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması (TİƏ) üzrə işlər görülür. Türkiyə hökuməti ətraf mühitə təsirlə bağlı hesabatı da təsdiq edib.

Əvvəllər Petkim-dən məlumat verilib ki, zavodun tikintisinə 2010-cu ildə başlamaq planlaşdırılır.

Yeni zavod Petkim Neft-Kimya Kompleksinin xammala olan tələbatını ödəyəcək. Neft məhsullarının qalan hissəsi isə yerli və Avropa bazarlarında satılacaq.

Bu ilin sonunadək texniki-iqtisadi əsaslandırılmanın hazırlanması prosesinin yekunlaşdırılması planlaşdırılır. Pilot TİƏ-nin hazırlanması üçün zavodun ilkin gücü ildə 10 milyon ton həcmində göstərilib, lakin yəqin ki, müəyyən araşdırmalar aparıldıqdan sonra daha yüksək göstərici səsləndiriləcək", - ARDNŞ-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev bir müddət əvvəl demişdi.

ARDNŞ prezidenti daha əvvəllər Kiyevdə keçirilən mətbuat konfransında demişdi ki, Türkiyədə tikiləcək NEZ-in planlaşdırılmış gücü ildə 10-15 milyon ton təşkil edəcək.

Bir qədər əvvəl SOCAR/Turcas Petrol/Injaz Projects şirkətlər alyansı Türkiyənin "Petkim" Neft-Kimya Holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkimin inkişafına yatıracaqları sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holding" plastik qablar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti