...

Gürcüstanda hasil edilmiş qazın satışı üzrə üçüncü dəfə hərrac elan edilib

Energetika Materials 14 Dekabr 2009 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Neft-Qaz Korporasiyası Ninosmindada hasil edilmiş 1 milyon kubmetr təbii qazın satışı üzrə üçüncü dəfə hərrac elan edib.

Birinci dəfə olduğu kimi, ikinci dəfə də heç kim qazı əldə etmək istəyini bildirməyib.

Qazın verilməsi müqavilə rəsmiləşdirildikdən sonra 90 gün müddətində həyata keçiriləcək. Maraqlı olan şəxslərin ərizələri 17 dekabr saat 17:00-dək qəbul ediləcək, hərrac isə dekabrın 18-də saat 11:00-da Neft-Qaz Korporasiyasında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: с[email protected]

Xəbər lenti

Xəbər lenti