Azərbaycan, Bakı, 14 dekabr / Trend /
Bu il ərzində SOCAR Gas Supply Company (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) Gürcüstana təxminən 669 milyon kubmetr "sosial" qaz tədarük edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.
Tədarük edilən qazın ümumi həcminin 38,8 faizi (259,67 milyon kubmetr) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından tədarük edilən qazın payına, 35,4 faiz qaz (237,05 milyon kubmetr) ARDNŞ-nin şəxsi qazının payına düşüb. 16,6 faiz (110,74 milyon kubmetr) qaz Rusiya tərəfindən tranzit əməliyyatlarına görə Gürcüstana ötürülür. 9,2 faiz (61,52 milyon kubmetr) Cənubi Qafqaz qaz kəməri vasitəsilə tranzit əməliyyatına görə qəbul edilən qazın payına düşür.
Ötən il noyabrın ortalarında Gürcüstanın Energetika Nazirliyi və ARDNŞ Gürcüstana "sosial" qaz tədarük edilməsi haqqında beşillik müqavilə imzalayıb.