...

ARDNŞ dəniz yatağında yüksək debitli quyunu istismara verib

Energetika Materials 15 Dekabr 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorundakı "Günəşli" yatağının dayaz hissəsində yüksək debitli qaz quyusunu istismara verib. Bu barədə şirkətdən çərşənbə axşamı yayılan məlumatda deyilir.

Yeni quyunun sutkalıq debiti 300 min kubmetr qaz və 40 ton kondensat təşkil edir.

Quyu "Günəşli-11" platformasında istismara verilib. Bu platformada 16 quyunun qazılması nəzərdə tutulub. Platforma 1986-cı ildə istismara verilib. Keçən 23 il ərində platformadan 12,4 milyon ton neft və 3,2 milyard kubmetr qaz hasil edilib.

Bu yaxınlarda platforma genişləndirilib və ona 8 quyunun qazılması üçün nəzərdə tutulan əlavə bloklar birləşdirilib. Yeni quyu məhz yeni blokda istismara verilib. Yeni quyudan əlavə, blokda sutkalıq debiti 500 min kubmetr qaz və 60 ton kondensat təşkil edən daha bir quyuda hasilat aparılır.

Xəbər lenti

Xəbər lenti