...

Bakıda qaz istehlakı 1,5 dəfədən çox artıb

Energetika Materials 16 Dekabr 2009 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir E. İsmaylov/

Yanvar-noyabr aylarında "Azəriqaz" istehsalat birliyi yanında "Bakqaz" (Bakıda qazın paylaşdırılması və satışı) idarəsi tərəfindən paytaxtın qaz sisiteminə 2,1 milyard kubmetr məişət qazı verilib, çərşənbə günü idarədəki mənbə deyib. "Azəriqaz" ARDNŞ-in (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) tərkibinə daxildir.

Mənbənin dediyi kimi, noyabr ayında paytaxtın qaz sisiteminə oktyabr ayındakı 123,6 milyon kubmetrə nisbətdə 216 milyon kubmetr qaz verilib. Sentyabr ayında paytaxtın qaz sisiteminə 108 milyon kubmetr qaz verilib. Şəhərin sisteminə avqust ayında təxminən 104 milyon kubmetr, iyulda təxminən 109 kubmetr, iyunda 114 milyon kubmetrdən çox, mayda təxminən 141 milyon kubmetr qaz verilib.

Hazırda Bakının qaz sisteminə hər gün oktyabr ayının ortalarındakı təxminən 6,4 milyon kubmetrə nisbətdə 10,4 milyon kubmetr qaz verilir.

Ötən il iadarə tərəfindən Bakının qaz sisteminə yalnız təxminən 2,45 milyard kubmetr qaz verilib.

2008-ci ildə İB şəhərin qaz sisteminə mövsümi rejimdə (yay və qış mövsümlərində) qaz verilməsindən tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların tələbi üzrə müəyyən edilir. Mövsüm rejiminin tətbiqi əhalinin əksəriyyətində sayğacların olmaması ilə bağlı idi ki, bunun da nəticəsində qaz istehlakçılar tərəfindən qeyri-səmərəli istifadə olunurdu. Hazırda Bakının qaz şəbəkəsi abunəçilərinin 100%-i qaz sayğacları ilə təmin olunub. Əvvəllər yay mövsümündə gündəlik qazın verilməsi 3-4 milyon kubmetr, qışda isə 10-13 miyon kubmetr təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti