...

Azərbaycan yanvar-oktyabr aylarında 120 min tondan çox metal boru idxal edib

Energetika Materials 16 Dekabr 2009 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend /

Azərbaycan yanvar-oktyabr aylarında quru və dəniz yataqlarında əməliyyatların aparılması üçün 120,5 min ton müxtəlif metal borular idxal edib ki, bu da ötən ilin analoji göstəricisindən 36 faiz azdır.

Dövlət Statistika Komitəsindən bildirildiyi kimi, göstərilən dövr ərzində 212,4 milyon dollardan çox boru idxal edilib. Bu, 2008-ci ilin analoji dövründəki göstəricidən 12,6 faiz azdır.

Quru və dəniz yataqlarında əməliyyatları ARDNŞ şirkəti həyata keçirir. Azərbaycanda 59 neft-qaz yatağı var. Bunlardan 18-i dənizdə, qalan quyular isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti