...

Azərbaycanın SOCAR Georgia Gas şirkəti Gürcüstan regionlarının qazla təmin edilməsinə davam edir

Energetika Materials 16 Dekabr 2009 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Azərbaycanın SOCAR Georgia Gas şirkəti Gürcüstan regionlarının qazla təmin edilməsinə davam edir. Bu gün Gürcüstanın şərqində yerləşən Xaşuri şəhərinin qazla təmin edilməsinin birinci mərhələsi başa çatıb.

Bu mərhələnin yekunlaşması münasibətilə keçirilən mərasimdə Gürcüstanın enerji naziri Aleksandr Xetaquri və şirkətin rəhbəri Mahir Məmmədov iştirak edib.

Şirkət nümayəndəsinin sözlərinə görə, şəhərdə mərhələli şəkildə 1300 abunəçi qaz təchizatına qoşulacaq.

SOCAR Georgia Gas şirkəti artıq Gürcüstanın bir neçə kəndini qazla təmin edib və ilin sonunadək Gürcüstanda yaşayan 75 min abunəçi Azərbaycan qazı ilə təmin ediləcək. Gələn il də qaz təminatı üzrə işlər davam edəcək.

Xetaquri bildirib ki, Azərbaycan şirkəti plana uyğun iş aparır və öz üzrəinə götürdüyü öhdəliyi yerinə yetirir. "Layihə prezident proqramı çərçivəsində həyata keçirilir və əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir", - o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti