...

Azərbaycanın Nazirlər Kabineti iki energetika müəssisəsi arasındakı alqı-satqıya dair müqaviləni ləğv edib

Energetika Materials 16 Dekabr 2009 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend /

Azərbaycanın Nazirlər Kabineti "Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması üzrə) və "Sumqayıtelektrikşəbəkə" ASC (Sumqayıtda elektrik enerjisinin paylanması üzrə) arasındakı elektrik enerjisinin alqı-satqısına dair müqavilənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Daha öncə Prezidentin sərəncamı ilə "Sumqayıtelektrikşəbəkə" SC "Azərenerji" SC-nin tərkibinə daxil edilib. Əvvəllər "Sumqayıtelektrikşəbəkə" elektrik enerjisini "Azərenerji" SC-dən alaraq Sumqayıt şəhərinə paylanması ilə məşğul olub. Bu səbəbdən alqı-satqı müqaviləsi zəruri idi. Hazırda isə bu müqaviləyə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti