...

Noyabr ayında Bakıda istifadə olunmuş qaza görə ödənişlərin həcmi 70%-i ötüb

Energetika Materials 17 Dekabr 2009 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir E. İsmayılov/

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın paytaxtı Bakı şəhərində istifadəçilər tərəfindən istehlak olunmuş qaza görə ödənişlər 72,8% təşkil edib, "Respublika" qəzetində dərc edilmiş məlumatda deyilir. Təkcə noyabrda bu göstərici 46,4 faiz olub.

Dərc edilmiş məlumata əsasən, yanvar-noyabr ayları ərzində istifadə edilmiş qaza görə maksimum ödəniş Bakının Xətai rayonunda əldə olunub və paytaxtın Suraxanı rayonu üzrə minimum 45,8% həcmlə müqayisədə 139,7% təşkil edib. Noyabr ayında istifadə olunmuş qaza görə ödəniş paytaxtın Qaradağ rayonunda Sabunçu rayonu üzrə 25,1%-lə müqayisədə 93,9% olub.

Bütün ölkə üzrə yanvar-noyabr aylarında istifadə olunmuş qaza görə maksimum ödəniş Siyəzən rayonunda əldə edilib - 135,9%. İstifadəçilər arasında vəsaitə görə minimal hədd Neftçala rayonunda olub - 42,1%.

Ümumilikdə, ölkə üzrə yanvar-noyabr aylarında istifadə olunmuş qaza görə ödəniş 72,7% təşkil edib, noyabr ayında isə bu rəqəm 56,7% olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti