...

Azərbaycanın iki quru yatağının təmizlənməsi başa çatıb

Energetika Materials 17 Dekabr 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir E.İsmayılov/

"Ekol Mühəndislik Xidmətləri" QSC "Kürsəngi" və "Qarabağlı" quru yataqlarını işləyən "Salyan Oil" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, bu yataqlardan qazma şlamlarının utilizasiyası üzrə layihənin realizəsini yekunlaşdırıb. Bu barədə QSC-nin rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, layihə üzrə həyata keçirilən qazma şlamlarının bioremidasiyası iki mərhələdə aparılıb: texniki və bioloji. Layihənin realizəsi çərçivəsində "Kürsəngi" və "Qarabağlı" yataqlarından 40 min kubmetrə yaxın şlam, 16,6 min kubmetrə yaxın isə çirkab suları çıxarılaraq istifadə edilib. Bu ərazilərə 80,6 min kubmetr münbit torpaq gətirilib və bioremidasiya işləri həyata keçirilib.

2009-cu ilin fevral ayında başlanan işlər artıq başa çatıb.

Layihənin realizəsində əsas məqsəd bu meydançaların ekoloji durumunun yaxşılaşdırılması, QSC-nin yeni tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi və dünya maliyyə böhranı şəraitində müəssisənin iqtisadi imkanlarının yaxşılaşdırılmasıdır.

"Salyan Oil" şirkəti 2009-cu ildə işlənilən yataqlarda dörd istismar quyusu qazmağı planlaşdırır.

2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılmış "Ekol Muhəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) - 51 faiz və Lancer S.A. Services-dir - 49 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti