...

ARDNŞ-nin neft-qaz çıxarma idarələri yanvar-noyabrda təxminən 6,7 milyon ton neft istehsal ediblər

Energetika Materials 17 Dekabr 2009 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

Yanvar-noyabr aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin ofşor və onşor yataqlarında 49,17 milyon bareldən çox (təxminən 6,7 milyon ton) neft hasil ediblər. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Xarici şirkətlərlə birgə layihələrdə ARDNŞ-nin payına təxminən 11,9 milyon barel düşür ki, buradan da əməliyyat şirkətlərinə təxminən 1,7 milyon barel çatır. "Azəri-Çıraq-Günəşli" layihəsinin payına təxminən 9,25 milyon barel, "Şahdəniz" qaz-kondensat yatağının payına isə təxminən 123,5 min ton düşür.

Yanvar-noyabr aylarında ARDNŞ təxminən 6,7 milyard kubmetr qaz əldə edib. ARDNŞ-nin neft-qaz çıxarma idarələri bu mərhələdə təxminən 6,2 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri ARDNŞ-yə yanvar-noyabr aylarında 59,55 milyon kubmetr qaz veriblər.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda yanvar-noyabr aylarında ARDNŞ üçün təxminən 3,66 milyard kubmetr səmt qazı hasil edib.

Azərbaycanda 57 neft-qaz yatağı var, onlardan 18-i dənizdə, digərləri isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti