...

ARDNŞ-də tullantıların idarə edilməsi sahəsində işçi qrupu yaradılıb

Energetika Materials 17 Dekabr 2009 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

Tullantıların idarə edilməsi sahəsində effektivliyin yüksəldilməsi məqsədilə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsində işçi qrupu yaradılıb. Bu barədə idarənin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Bununla əlaqədar olaraq, Ekologiya İdarəsində keçirilən iclasda bütün qrupların və onun ayrı-ayrı iştirakçılarının vəzifələri barədə dolğun məlumat təqdim olunub. İclas zamanı ARDNŞ tullantılarının idarə olunması planının hazırlanması sahəsində işlərin aparılması, aylıq hesabatların analizi, zərərlilik dərəcəsinə görə tullantıların təsnifatı, monitorinqlərin keçirilməsi üçün yerin müəyyən edilməsi, istehsal prosesində yaranan tullantıların yığımı, onların müxtəlifliyinə görə bölüşdürülməsi, qablaşdırılması və daşınması istiqamətində işlər, ARDNŞ tullantılarının idarə olunmasına dair hesabatların aylıq yoxlanılması, müəssisələrlə müqavilələrə dəstək verilməsi barədə informasiya təqdim olunub.

Xəbər lenti

Xəbər lenti