...

ARDNŞ noyabrda elektrik enerjisi istehsalı üçün 310 milyon kubmetrdən çox qaz satıb

Energetika Materials 17 Dekabr 2009 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

Yanvar-noyabr aylarında yanacaq qismində istifadə etmək üçün "Azərenerji" SC-yə 3,9 milyard kubmetrdən artıq qaz satılıb. Keçən ilin analoji dövründə bu göstərici 4,4 milyard kubmetrdən artıq olub. Bu barədə "Azərenerji"yə qaz tədarükünü həyata keçirən ARDNŞ-nin məlumatında deyilir.

Noyabrda "Azərenerji"yə 310,3 milyon kubmetr qaz satılıb.

2008-ci ildə "Azərenerji"yə 5 milyard kubmetrə yaxın, 2007-ci ildə isə 3,4 milyard kubmetrə yaxın qaz satılmışdı.

Xəbər lenti

Xəbər lenti